EN

Ermənistan hökumətində böyük dəyişikliklər olacaq

Ermənistan hökumətində yaxın vaxtlarda kadr islahatlarının aparılacağı gözlənilir.

Musavat.com xəbər verir ki, “Hraparak” qəzetinin yazdığına görə, sentyabrın 20-nə planlaşdırılan hakim “Vətəndaş müqaviləsi” partiyasının qurultayı partiyanın gələcək baxışlarını müəyyənləşdirəcək və seçki kampaniyasına start verəcək. Bu isə hökumətdə dəyişikliklərə gətirib çıxara bilər.

Məlumata görə, baş nazirin aparat rəhbəri Araik Arutyunyanın baş nazirin müavini postuna təyin olunması ehtimal edilir. Onun hazırkı müavinlərdən Tigran Xaçatryanı, yoxsa Mger Qriqoryanı əvəzləyəcəyi hələ bəlli deyil.

Jurnalistlərin yazdığına əsasən, Araik Arutyunyan hər gün Paşinyana iqtisadi siyasətə görə məsuliyyətin partiya üzvünə həvalə edilməli olduğunu izah etməyə çalışır. Hazırda isə hər iki baş nazir müavini partiyasızdır.

Qəzet qeyd edir ki, belə addım Paşinyanın hakimiyyətin konsolidasiyasına yönələn strategiyasına uyğundur. Çünki hər hansı partiyasız məmur sürətlə siyasi rəqibə çevrilə bilər, “Vətəndaş müqaviləsi” üzvlərini isə Paşinyan müəyyən qədər nəzarətdə saxlaya bilir.

Musavat.com

Chosen
13
musavat.com

1Sources