EN

Beyləqanda körpə doğuş vaxtı ölüb?

Beyləqanda yeni doğulan körpə ölüb.

​​​​​​"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sentyabrın 16-da rayonun 2-ci Şahsevən kənd sakini B.İbadullayev hüquq-mühafizə orqanlarına müraciət edərək sentyabrın 14-də yenidoğulmuş nəvəsinin rayon mərkəzi xəstəxanasında öldüyünü bildirib.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 14-ü, saat 06:00 radələrində 2000-ci il təvəllüdlü hamilə qadın dölün bətndaxili ölümü, inkişaf qüsuru diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Hamiləliyinin 38-ci həftəsində olan pasiyent əməliyyata alınaraq, boyu 50 sm., çəkisi 3000 qram olan (qadın cinsli) ölü döl bətndən xaric edilib.

Meyit təşrih olunması üçün Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi”nə təhvil verilib. Hadisə ilə əlaqəli Beyləqan Rayon Prokurorluğunda araşdırma aparılır”.

​​​​​​"Cebheinfo.az"

Chosen
29
4
cebheinfo.az

5Sources