"OpenAI"nin baş direktoru Sam Altman platformun təhlükəsizliyini təmin etmək məqsədilə yetkin istifadəçilərin də şəxsiyyət və yaş təsdiqi edəcəklərini bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Altman təhlükəsizliyi artırmaq üçün yeni addımlar atacaqlarını qeyd edərək, bəzi ölkələrdə yetkin istifadəçilərdən şəxsiyyət sənədi tələb oluna biləcəyini deyib.
Bu qərar bir gəncin intiharı ilə bağlı "OpenAI"yə qarşı açılmış məhkəmə işindən sonra gündəmə gəlib. Şirkət yetkinlik yaşına çatmayan istifadəçilər üçün avtomatik yaş təsdiqləmə texnologiyası və valideyn nəzarəti üzərində işlədiyini də açıqlayıb.