EN

Kərəm Mustafayevin həyat yoldaşına vəzifə verildi - FOTO

Sabiq Müdafiə nazirinin müavini və Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı, general-polkovnik Kərəm Mustafayevin həyat yoldaşına yeni vəzifə verilib.


Manset.az-ın əldə etdiyi məlumata görə, məşhur generalın həyat yoldaşı İlhamə Mustafayeva Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəylinin müvafiq əmri ilə Tibb Universitetinin Rezidentura şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Mustafayeva bu təyinatdan əvvəl Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində dekan vəzifəsində çalışıb, Naxçıvan MR Ali məclisinin deputatı olub.


Manşet.az

Chosen
15
27
manset.az

10Sources