EN

Neft qiymətinin aşağı salınması hökumətin “təhlükəsiz oyun” yanaşmasıdır, büdcə sabitliyini artırır

ain.az bildirir, Bizimyol portalına istinadən.

2026-cı ilin dövlət büdcəsi üzrə proqnolzlar 2026-cı ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə proqnozlaşdırlıb. Bu, Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlamada bildirilir. Qeyd edək ki, 2025-ci ilin dövlət büdcəsi üçün xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.Neft qiymətinin aşağı salınması ölkə iqtisadiyyatına hansı təsirləri göstərə bilər?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, neftin baza qiyməti 70 dollardan 65-ə salınırsa, bu da hökumətin daha ehtiyatlı davranması deməkdir: “Büdcə planlaşdırılması konservativ aparılır ki, gələcəkdə qiymətlər düşsə, kəsir yaranmasın. Ona görə də gələn ilin dövlət büdcəsində cəmi 67 milyon manat artım nəzərdə tutulur və bunun iqtisadiyyata müxtəlif təsirləri var. Gözləntilər azalır, hökumət daha rasional xərcləyir. Əgər real qiymət (məsələn; bazarda 75–80$) daha yüksək olarsa, əlavə gəlirlər Neft Fonduna və ya büdcəyə əlavə olun bilər”.

Akif Nəsirli

“Əgər dünya bazarında neft ucuzlaşsa, ölkəyə valyuta axını azalır, dollara tələbat artır, o halda manat zəifləyə bilər. Amma Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları kifayət qədərdir, hökumət kursu sabit saxlamağa çalışacaq.

Praktik olaraq, yaxın illərdə manatın kursu ciddi dəyişməsə də, risk azalması üçün hökumət neft qiymətini büdcədə daha aşağı götürür”-deyə iqtisadçı vurğulayıb.

Akif Nəsirli qeyd edib ki, dövlət borcunun artırılması əgər iqtisadiyyatın gələcəyinə sərmayə kimi yönəldilirsə (məsələn; qeyri-neft ixracını artırmaq, “yaşıl enerji” layihələri, Zəngəzur dəhlizi kimi infrastruktur), faydalıdır. Amma sosial xərcləri qarşılamaq üçün borc almaq risklidir. Neft qiymətinin aşağı salınması isə, hökumətin “təhlükəsiz oyun” yanaşmasıdır. Bu, büdcə sabitliyini artırır və gözlənilməz volatilliklərdən qoruyur”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
icma.az

1Sources