EN

Rusiya XİN: Ermənistanın addımları Aİİ öhdəliklərinə zidd deyil

ain.az, Apa.az portalına istinadən məlumat yayır.

Ermənistanın hazırkı hərəkətləri onun Avrasiya İqtisadi İttifaqı qarşısında götürdüyü öhdəliklərə zidd deyil.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan TASS-a bildirib.

Onun sözlərinə görə, hələlik Ermənistanın Avropa İttifaqına daxil olmaq niyyəti ilə bağlı bəyanatları sadəcə “siyasi bəyannamələrdir”.

"Biz əməli addımları nəzərdən keçirməyə davam edəcəyik. Heç kim Ermənistana digər ölkələrlə əməkdaşlığa qadağa qoymur. bütün Aİİ üzvləri bunu edir. Əsas odur ki, bu cür əməkdaşlıq İttifaq daxilindəki öhdəliklərinə zidd olmasın. Hələlik belə şey yoxdur", - rusiyalı diplomat vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
10
2
apa.az

3Sources