EN

Estoniyada 2 həftəlik NATO təlimləri başlayır

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Estoniyada NATO-ya üzv ölkələrin hərbi qulluqçularının iştirakı ilə “Pikne” (“İldırım”) təlimləri başlayır. Təlimlər 2 həftə davam edəcək.

AZƏRTAC Estoniya mediasına istinadla xəbər verir ki, manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa, Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz bölmələrindən 3000-ə yaxın hərbçi iştirak edəcək.

Əsas fəaliyyətlər Baltikyanı respublikanın şimal, qərb və şərq hissələrində baş verəcək. Təlimlər çərçivəsində alyansın müttəfiqlərinin bölmələri potensial münaqişə zonasına sürətli qüvvələrin yerləşdirilməsi və təhdidlərə birgə mübarizə aparacaqlar.

Estoniyanın Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər müdafiə xarakteri daşıyır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
23
11
azertag.az

10Sources