AZ

Bu ölkədə 2 həftəlik NATO təlimləri başlayır

Estoniyada NATO-ya üzv ölkələrin hərbi qulluqçularının iştirakı ilə “Pikne” (“İldırım”) təlimləri başlayır.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, manevrlərdə ABŞ, Böyük Britaniya, Fransa, Kanada, Latviya və Estoniyanın quru, hava və dəniz bölmələrindən 3000-ə yaxın hərbçi iştirak edəcək.

Məlumata görə, təlimlər 2 həftə davam edəcək. Təlimlər çərçivəsində alyansın müttəfiqlərinin bölmələri potensial münaqişə zonasına sürətli qüvvələrin yerləşdirilməsi və təhdidlərə birgə mübarizə aparacaqlar.

Estoniyanın Müdafiə Nazirliyi qeyd edib ki, təlimlər müdafiə xarakteri daşıyır.
Seçilən
0
11
sherg.az

10Mənbələr