EN

Deputatdan avtomobillərlə bağlı vacib təklif: Dəyişiklik zəruridir

"Qanunvericilikdə elektrikli avtomobillərdəki litium batareyalarının utilizasiyası ilə bağlı dəyişiklik edilməsinə ehtiyac var".

FED.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Rövşən Muradov deyib.

O qeyd edib ki, Azərbaycan dövləti ekoloji nöqteyi-nəzərdən belə avtomobillərin alınmasını təşviq edir.

"Lakin bu istiqamətdə mühüm məsələ elektrikli avtomobillərdəki litium batareyalarının utilizasiyasıdır. Belə batareyaların istimar müddəti 5-7 il arasındadır. Bununla bağlı suallar meydana gəlir. Lakin qanunvericilikdə bu cür batareyaların utilizasiya ilə bağlı heç bir müddəa yoxdur. İstərdim ki, bu sessiyada bu mövzunu da müzakirə edək. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməsi zəruri olardı” - deyə o bildirib. (Modern.az)

Chosen
17
5
fed.az

10Sources