Unikal.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Qanunvericilikdə elektrikli avtomobillərdəki litium batareyalarının utilizasiyası ilə bağlı dəyişiklik edilməsinə ehtiyac var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında deputat Rövşən Muradov deyib.
Onun sözlərinə görə, son dövrlərdə Azərbaycana xeyli sayda elektrikli avtomobillər gətirilir: “Azərbaycan dövləti ekoloji nöqteyi-nəzərdən belə avtomobillərin alınmasını təşviq edir. Lakin bu istiqamətdə mühüm məsələ elektrikli avtomobillərdəki litium batareyalarının utilizasiyasıdır. Belə batareyaların istimar müddəti 5-7 il arasındadır. Bununla bağlı suallar meydana gəlir. Lakin qanunvericilikdə bu cür batareyaların utilizasiya ilə bağlı heç bir müddəa yoxdur. İstərdim ki, bu sessiyada bu mövzunu da müzakirə edək. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməsi zəruri olardı”.
Anar Kəlbiyev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.