EN

Göygöl Şərab Zavodu Şamaxıda keçirilən Üzüm və Şərab Festivalında iştirak edib - FOTO

Göygöl
13–14 sentyabr tarixlərində Şamaxı rayonunun Meysəri kəndində ənənəvi Üzüm və Şərab Festivalı keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin, “Abqora” restoranı və “Nəsimi bağları” kompleksinin təşkilatçılığı ilə baş tutan tədbir iki gün davam edib.
Festivalın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi qonaqlar iştirak ediblər. Göygöl Şərab Zavodu da festivalda öz məhsullarını təqdim edərək, ziyarətçilərə dadma imkanı yaradıb. İştirakçılar zavodun müxtəlif çeşidli məhsulları ilə yaxından tanış olub, onların istehsal prosesi və xüsusiyyətləri barədə məlumat alıblar. Festivalın əsas məqsədi yerli üzümçülüyü və şərab istehsalını təşviq etmək, ixrac imkanlarını genişləndirmək, həmçinin ölkənin zəngin şərabçılıq ənənələrini ictimaiyyətə çatdırmaq olub. Proqram çərçivəsində müxtəlif maarifləndirici sessiyalar, təqdimatlar və əyləncəli tədbirlər də təşkil olunub.
Chosen
22
1
1news.az

2Sources