EN

Əli Əsədov TDT hökumət başçılarının görüşündə iştirak edib, Birgə Bəyanat qəbul olunub

Sentyabrın 18-də Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin görüşü keçirilib.

Nazirlər Kabinetinn Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Baş nazir Əli Əsədov görüşdə iştirak edib.

Tədbirdə çıxış edən Ə.Əsədov Türk dövlətlərinin səylərinin birləşdirilməsinin sabitlik, təhlükəsizlik və rifahın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşün nəticələrinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Hökumət başçılarının/Vitse-prezidentinin Birgə Bəyanatı qəbul edilib.

Chosen
4
5
operativmm.az

6Sources