EN

“Red Bull”un pilotu: Azərbaycan Qran Prisində yarışmaq üçün təcrübə şərtdir

ain.az, Sia Az portalına istinadən məlumat yayır.

Bakı trasında ən kiçik səhv ciddi problemlə nəticələnə bilər. SİA xəbər verir ki, bu sözləri “Red Bull”un avstraliyalı pilotu Liam Louson Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.

O, Bakıda yarışmağın təcrübə tələb etdiyini bildirib: “Təcrübə burada mühüm üstünlük qazandırır. Bu trasda yüksək sürətlə dar döngələr arasında balans tapmaq çox çətindir. Komandanın strategiyası burada böyük rol oynayır. Düşünürəm ki, Bakı şəhər trası sürücülər üçün yaxşı sınaqdır”.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi sentyabrın 19-21-də keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
9
2
sia.az

3Sources