EN

Aİ-nin komissarı: Azərbaycan dövlətinin həyata keçirdiyi bərpa və yenidənqurma işləri təqdirəlayiqdir

Ağdam, 18 sentyabr, T.Ağaməmmədov, AZƏRTAC

Ağdama, ümumilikdə, Qarabağa səfət etmək məndə dərin təəssürat yaradıb. Sizin dövlətinizin bu ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri, uzun illər müharibədən zərər çəkmiş və dağıdılmış torpaqlarda yeni həyat qurmaq səyləri doğrudan da təqdirəlayiqdir. Hökumətinizin cəsarətlə yeni şəhərlərin, müasir infrastruktur və sosial obyektlərin inşasını həyata keçirməsini, insanların doğma yurdlarına qayıdışını təmin etməyə yönəlmiş addımlarını yüksək qiymətləndirirəm.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Ağdama səfər edən Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos jurnalistlərə açıqlamasında bildirib.

O deyib: “Bu səfər mənim üçün önəmli məqamlarla yadda qaldı. Vurğulamaq istədiyim üç əsas məqam var: Birincisi, heç bir müharibə yaxşı nəticə vermir. Müharibə insanların həyatını alt-üst edir, dərin yaralar açır və onun ağır nəticələri uzun illər qalır. İkincisi, sülh mümkündür. Sülh naminə müharibəni dayandırmaq, barışığa xidmət edən addımlar atmaq və gələcəyə bu baxış əsasında yönəlmək vacibdir. Azərbaycan və Ermənistanın atdığı addımlar bunun nümunəsidir. Üçüncüsü, Avropa İttifaqı bu prosesə dəstək göstərməyə hazırdır. Mən ümidvaram ki, bu gün maliyyə sazişi imzalanacaq və bu sənəd vasitəsilə bölgənin inkişafı, xüsusən də səhiyyə sisteminin gücləndirilməsi üçün maliyyə yardımı təmin ediləcək”.

“Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə yüksələcəyinə inanır və bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına əminəm”, - deyə Marta Kos bildirib.

Chosen
25
4
azertag.az

5Sources