AZ

"Azərbaycanın həyata keçirdiyi bərpa və yenidənqurma işləri təqdirəlayiqdir" - Aİ komissarı


Ağdama, ümumilikdə, Qarabağa səfər etmək məndə dərin təəssürat yaradıb. Sizin dövlətinizin bu ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri, uzun illər müharibədən zərər çəkmiş və dağıdılmış torpaqlarda yeni həyat qurmaq səyləri doğrudan da təqdirəlayiqdir. Hökumətinizin cəsarətlə yeni şəhərlərin, müasir infrastruktur və sosial obyektlərin inşasını həyata keçirməsini, insanların doğma yurdlarına qayıdışını təmin etməyə yönəlmiş addımlarını yüksək qiymətləndirirəm.

Bunu Ağdama səfər edən Avropa İttifaqının (Aİ) Genişlənmə üzrə komissarı Marta Kos jurnalistlərə açıqlamasında bildirib.

O deyib: “Bu səfər mənim üçün önəmli məqamlarla yadda qaldı. Bir neçə məsələni vurğulamaq istərdim. Birincisi, heç bir müharibə yaxşı nəticə vermir. Müharibə insanların həyatını alt-üst edir, dərin yaralar açır və onun ağır nəticələri uzun illər qalır. İkincisi, sülh mümkündür. Sülh naminə müharibəni dayandırmaq, barışığa xidmət edən addımlar atmaq və gələcəyə bu baxış əsasında yönəlmək vacibdir. Azərbaycan və Ermənistanın atdığı addımlar bunun nümunəsidir. Üçüncüsü, Avropa İttifaqı bu prosesə dəstək göstərməyə hazırdır”.

ZÜMRÜD

Seçilən
4
4
baki-xeber.com

5Mənbələr