EN

İnsanlar daha 100 il yaşaya bilməyəcək? İddia

ain.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Alimlərin qənaətinə görə, 1939-cu ildən sonra doğulan heç bir nəsil orta hesabla 100 il yaşamayacaq.

Globalinfo.az lent.az-a istinadən xəbər verir ki, tədqiqat 23 yüksək gəlirli və aşağı ölüm səviyyəli ölkənin məlumatları əsasında aparılıb.

Analiz göstərib ki, XX əsrin birinci yarısında orta ömür uzunluğunun artımı nəzərəçarpacaq dərəcədə sürətli olub. Məsələn, 1900-cü ildə doğulanlar orta hesabla 62 il yaşayırdısa, 1938-ci il nəsli artıq 80 ilə qədər ömür sürürdü.

Lakin 1939–2000-ci illərdə doğulan nəsillər üçün bu artım tempi kəskin  azalıb. Bir nəsil üçün orta artım cəmi 2,5–3,5 ay təşkil edir (əvvəllər bu göstərici 5,5 ay idi).

Mütəxəssislər bu yavaşlamanı əsasən körpə və uşaq ölümünün minimum səviyyəyə enməsi ilə izah edirlər. Əvvəllər uşaq ölümünün azalması orta ömür uzunluğunu sürətlə artırırdı, indi isə əsas yük böyüklərin sağ qalma səviyyəsinin yaxşılaşdırılması üzərinə düşür və bu, əvvəlki qədər sürətli nəticə vermir.

1980-ci ildə doğulan insanlar orta hesabla 100 yaşa çatmayacaqlar. Alimlər vurğulayırlar ki, yalnız tibbdə radikal irəliləyişlər baş verərsə, bu proqnoz dəyişə bilər.

Bununla yanaşı, tədqiqatçılar qeyd edirlər ki, ölüm səviyyəsi ilə bağlı hər cür proqnoz müəyyən qeyri-müəyyənlik daşıyır, çünki gələcəkdə sosial, tibbi və ekoloji amillər dəyişə bilər və bu da insan ömrünə təsir göstərə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
11
globalinfo.az

1Sources