EN

20-ci Sahə dairəsində SAHİBSİZ İTLƏR XOFU

Yazını böyüt
Yazını kiçilt

Bakının küçə və parklarında dolaşan sahibsiz itlər həmişə mətbuatın diqqətində olub. Hətta bu heyvanların hücumu zamanı yaralanan çox sayda vətəndaşın şikayətini də eşitmişik.

Hafta.az xəbər verir ki, Səbail rayonu ərazisində, daha dəqiq desək, 20-ci Sahə dairəsində 20-dən çox sahibsiz it məskən salıb.

Yolun ortasında sərbəst, təhlükəsiz gəzişən, hətta dayanacaqlarda yatan bu itlər yaşından aslılı olmayaraq hər bir vətəndaş üçün aşkar təhlükədir.

Məsələ ilə bağlı hafta.az olaraq sözügedən ərazidəki mövcud vəziyyətin vido və şəklini çəkib Səbail İcra Hakimiyyətinə göndərərək problemin həlli yolunu axtarmaq istədik.

Səbail Səbail İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, videoda göstərilən faktla bağlı əlaqədar orqanlara artıq məlumat verilib və yəqin ki, ən qısa vaxtda tədbir görüləcək.

Chosen
9
hafta.az

1Sources