EN

Təranə Səmədovanın məhkəməsi təxirə salındı

Prodüser Təranə Səmədovanın ötən günə təyin edilən məhkəməsi təxirə salınıb.

Kulis.az xəbər verir ki, bu haqda "Təsir dairəsi" verilişində deyilib.

Məhkəmənin təxirə salınmasına səbəb isə Ali Məhkəmədə bununla bağlı işi aparan hakim Tahir Kazımovun fəaliyyət yaşının tamam olması və təqaüdə göndərilməsi olub. Onun işləri digər hakimlərə həvalə olunacaq. Növbəti iclas yaxın günlərdə başqa tarixə salınacaq.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il azadlıqdan məhrum edilib. Buna səbəb isə T.Səmədovanın qeyri-rəsmi ər-arvad kimi yaşadığı Rasim Həsənovla birgə musiqiçi Abbas Səfərovun fotoşəkillərini əldə edib, onu yaymaqla hədələyib, pul alması olub. A.Səfərov müğənni Rəqsanə İsmayılovadan pul alaraq, şikayət ərizəsini geri götürüb.

Chosen
17
12
kulis.az

10Sources