SOCAR-ın “Azəriqaz” İB-nin əməkdaşları arasında 20 sentyabr - Neftçilər Günü münasibətilə "Nə? Harada? Nə zaman?" intellektual bilik yarışması baş tutub.
“İki sahil” xəbər verir ki, Birliyin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən yarışda ilk olaraq baş direktor Azər Məmmədov çıxış edərək bu cür tədbirlərin müsbət tərəflərindən danışıb. O, qeyd edib ki, intellektual yarışlar əməkdaşların əylənərək daha çox maariflənməsinə xidmət edir. Yarışmanı təqdirəlayiq hesab edən baş direktor bu cür oyunların davamlı olmasını tövsiyə edib.
Daha sonra baş direktorun birinci müavini (əməliyyat üzrə) Nail Abdullayev, Birliyin aparat rəhbəri Zaur Qəribov və Həmkarlar İttifaqı Komitəsinin sədri Ədalət Qurbanov çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıblar. Bundan sonra hər birində 6 nəfər olmaqla ümumilikdə 8 komandanın mübarizəsinə start verilib.
Gərgin keçən zəka mübarizəsində “Hefaistos” komandası yarışın qalibi olub. “QAZandım” kollektivi ikinci yerə sahibləniblər. “İstismarçılar” isə 3-cü yerlə kifayətlənməli olublar. Qaliblər sonda kubok, medal və hədiyyələrlə təltif olunub.