EN

Zaxarova Zelenskini ittiham etdi

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Vladimir Zelenskinin Leninqrad vilayətində yerləşən Ust-Luqa limanına növbəti hücumlarla hədələməsini şərh edib. Onun sözlərinə görə, Zelenskinin bu bəyanatları Ukraynanın Rusiyada terror aktlarının planlaşdırılmasında iştirak etdiyini dolayısı ilə etiraf etməsi kimi qiymətləndirilə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Zaxarova bu fikirləri həftəlik brifinq zamanı səsləndirib.

Qeyd edək ki, avqustun 24-nə keçən gecə Ust-Luqa limanı ərazisində 10 Ukrayna pilotsuz uçan aparatı (PUA) Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Düşən PUA-ların qalıqları NOVATEK qaz terminalında yanğına səbəb olub. Yanğın təxminən beş saat ərzində söndürülüb.

Rusiya Aviasiya general-mayoru Sergey Lipovoy həmin hadisədən sonra bildirib ki, Ukrayna ordusu Rusiyaya hücumlar üçün Baltikyanı ölkələrin ərazilərindən istifadə edir. Onun sözlərinə görə, Ust-Luqa limanına hücum məhz bu ölkələrdən həyata keçirilib.

Estoniya Müdafiə Naziri Hanno Pevkur isə məsələ ilə bağlı bəyanatında bildirib ki, Ukraynanın Ust-Luqa limanına pilotsuz təyyarələrlə hücumları Finlandiya körfəzi və ümumilikdə Baltik dənizi üçün ciddi ekoloji təhlükə yarada bilər.

Chosen
10
1
operativmm.az

2Sources