EN

“Nvidia” “Intel”ə $5 milyard sərmayə qoyur

“Nvidia” şirkəti “Intel”ə 5 milyard dollar investisiya etməyə razılaşıb. “Intel” gələcək kompüter çiplərində “Nvidia”nın qrafik texnologiyalarından istifadə edəcək, həmçinin “Nvidia” avadanlığı əsasında yaradılmış məlumat mərkəzləri məhsullarını öz prosessorları ilə təchiz edəcək.

Agentliyin qeyd etdiyinə görə, bu, “Nvidia” tərəfindən rəqibini dəstəkləmək üçün atılmış gözlənilməz addımdır. Daha əvvəl, avqust ayında ABŞ hökuməti “Intel”in təxminən 10% səhmini almağa razılıq vermişdi.

Saziş çərçivəsində “Nvidia” “Intel”in adi səhm­lərini bir səhm üçün 23.28 ABŞ dolları qiymətinə alacaq.

“Nasdaq” birjasında 18 sentyabr premarket ticarətində “Intel” səhmləri 34.2% bahalaşaraq pikdə 33.42 dollara çatıb. Bakı vaxtı ilə saat 14:45-ə olan məlumata görə, artım 28.1%-ə qədər zəifləyib. “Nvidia” səhmləri 3% bahalaşıb.

Chosen
28
banker.az

1Sources