Azərbaycan şahmatçısı Teymur Rəcəbov Bakıda "Formula 1" pilotları Lyuis Hemilton və Şarl Leklerlə görüşüb.
Modern.az-ın məlumatına görə, təcrübəli qrossmeyster "Ferrari" komandasının üzvləri ilə şahmat da oynayıb.
T.Rəcəbov onlara şahmat təsviri olan xalça hədiyyə edib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında təşkil olunacaq.