Avropa İttifaqının (Aİ) genişlənmə məsələləri üzrə komissarı Marta Kos Ağdamda minatəmizləmə prosesini müşahidə edib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, Marta Kos bu gün Ağdama səfəri çərçivəsində rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində olub.
Qonaqlar burada minalanmış ərazilərə baxış keçirib, ANAMA-nın minatəmizləmə əməliyyatlarını müşahidə edib.
Sonra onlar minalanmış ərazilərin xəritəsi ilə tanış olublar.