EN

Bitcoin yenidən bahalaşır -

Bitkoin (BTC) son günlərdə yeni artım dalğasına daxil olub. Metbuat.az xəbər verir ki, hazırda 1 bitcoin-in qiyməti təxminən 117,195 ABŞ dolları səviyyəsindədir. Bu, əvvəlki dövrlə müqayisədə 0,6–1% gündəlik, 3%-ə yaxın isə həftəlik artım deməkdir. Qiymət hələ də dalğalanmalarla müşahidə olunsa da, texniki analitiklər bazarda “symmetrical triangle” adlı formalaşmanı izləyirlər. Bu isə yaxın dövrdə daha kəskin qiymət hərəkətlərinə zəmin yarada bilər. Ekspertlərə görə, bitkoinin yüksəlişi bir neçə amillə bağlıdır. İlk növbədə, ABŞ Federal Ehtiyat Sisteminin (Fed) faiz dərəcələrini azaltmaq ehtimalı bazarlarda riskli aktivlərə marağı artırıb. Bundan əlavə, spot bitcoin ETF-lərinə marağın yüksəlməsi institusional investorların bazara daha çox cəlb olunmasına imkan yaradıb. Digər mühüm amil isə dolların zəifləməsi və makroiqtisadi qeyri-müəyyənlik fonunda kriptovalyutalara kapital axınının güclənməsidir.

Bitkoinin qiymətində müşahidə olunan yüksəliş müsbət siqnal sayılsa da, bazarın yüksək volatilliyi qorunmaqdadır. Qiymət sürətlə artdığı kimi, qəfil eniş də mümkündür. Bundan əlavə, vergi və hüquqi tənzimləmə məsələlərinin ölkədən-ölkəyə fərqliliyi həm fərdi, həm də institusional investorlar üçün risklər yaradır. Ekspertlər hesab edirlər ki, növbəti mərhələdə qiymətin istiqaməti yalnız texniki amillərdən deyil, həm də qlobal iqtisadi siyasətlərdən, mərkəzi bankların qərarlarından və geopolitik proseslərdən birbaşa asılı olacaq.

Chosen
16
metbuat.az

1Sources