EN

"Ukrayna ordusu 170 kvadrat kilometr ərazini və 9 qəsəbəni azad edib"- Zelenski

Ukrayna ordusu Dobropolye istiqamətində həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində mühüm uğurlar əldə edib.

News365.az xəbər verir ki, prezident Volodimir Zelenski “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, əməliyyatların başlanğıcından etibarən Ukrayna qüvvələri 160 kvadrat kilometr ərazini və 7 yaşayış məntəqəsini azad edib.

Onun sözlərinə görə, ümumilikdə 170 kvadrat kilometr ərazi və 9 qəsəbə işğaldan təmizlənib:

“Son həftələrdə yüzə yaxın rus hərbçisi əsir götürülüb. İşğalçı qüvvələr isə minlərlə itki verib – həm ölənlər, həm də yaralananlar var”, – deyə Zelenski vurğulayıb.

Prezident əlavə edib ki, ukraynalı əsgərlər torpaqları addım-addım geri qaytarmaqda davam edirlər.

News365.az

Chosen
13
news365.az

1Sources