EN

Kirayədə yaşayanların nəzərinə: Evdən çıxarıla bilərsiniz

Ev sahibi ilə kirayənişin arasındakı münasibətlər şəxsi razılaşma ilə deyil, mövcud qanunvericiliklə də tənzimlənir. Yəni ev sahibinin hüquqları harada bitir, kirayənişinin haqları harada başlayır, bunun bir üfüq xətti olmalıdır. 

Kirayə ev problemlərində ən çox rast gəlinən suallardan biri isə budur:

Ev sahibi istədiyi vaxt kirayənişini evindən çıxara bilərmi? Rəsmi notarial qaydada razılığa gəlinibsə, ev sahibi hansı hallarda kirayənişini çıxara bilər?

KONKRET.az xəbər verir ki, çoxlarını narahat edən sualları cavablandıran hüquqşünas Ramil Süleymanov Bizim.Media-ya bildirdi ki, şəxsin kirayə müqaviləsi notarial qaydada bağlanıbsa, müqaviləyə xitam verilmənin əsasları göstərilməlidir:

“Əgər müqaviləyə xitam verilmənin əsasları orada göstərilməyibsə, mütləq şəkildə tərəflər arasında məhkəmə çəkişməsi olacaq.

Xitam vermək üçün əsas dedikdə, tərəflər razılaşdığı məsələlərdə sonradan uyğunsuzluq olarsa, yaxud müqavilə şərtləri əsassız pozularsa – kirayə pulunun vaxtında ödənilməməsi və ya kirayə götürülən evin təyinatı üzrə istifadə olunmaması müəyyən olunarsa, kirayə verən şəxs tərəfindən əvvəlcə xəbərdarlıq olunur və müqaviləyə xitam verrilməsi üçün müddət təyin olunur.

Həmin müddət ərzində kirayənişin nöqsanları aradan qaldırmazsa, onun evdən çıxarılması tələb oluna bilər. Həmçinin, məhkəmə qaydasında da şəxsin evdən  çıxarılması həyata keçirirlə bilər”.

Chosen
22
4
konkret.az

5Sources