EN

Türkiyə "S-400"ləri Rusiyaya qaytarır?

Ankara Rusiya istehsalı olan "S-400" hava hücumundan müdafiə sistemini Moskvaya qaytarmaq niyyətində deyil.

Publika.az xəbər verir ki, TASS bu barədə Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

"S-400"lə bağlı mövqeyimiz dəyişməyib", - deyə agentliyin mənbələri bildirib. Onların sözlərinə görə, "S-400" Türkiyə ordusunun xidmətindədir.

Türkiyə Müdafiə Nazirliyi Ankaranın əvvəllər alınmış "S-400" zenit-raket komplekslərini Moskvaya qaytara biləcəyi ilə bağlı xəbərləri təkzib edib.

Xatırladaq ki, Amerikanın “The National Interest” jurnalının köşə yazarı Peter Suçiunun Türkiyə mediasına istinadən yazdığına görə, Türkiyə Rusiyadan daha əvvəl satın aldığı "S-400" sistemlərini siyasi səbəblərdən istifadə etməyib, əksinə öz "Çelik Kubbe" hava hücumundan müdafiə sistemini inkişaf etdirib.

Chosen
8
publika.az

1Sources