EN

Lavrov Trampı xarakterizə etdi

ABŞ Prezidenti Donald Tramp daha çox sərfəli və qarşılıqlı faydalı razılaşmalara üstünlük verir, lakin onun qərar qəbul etməsinə ölkə daxilindəki “dərin dövlət” və demokratlar maneçilik törədir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bildirib.

“Tramp nəticəyə yönəlib. Onun prioritetləri sırasına iqtisadiyyat, kosmos, təbii resursların inkişafı və müasir texnologiya sahələrində qarşılıqlı faydalı layihələr daxildir”, – deyə Lavrov qeyd edib.

Nazirin sözlərinə görə, Rusiya və ABŞ son aylarda Prezident Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında formalaşmış dialoqun davam etdirilməsində maraqlıdırlar və bu istiqamətdə səylər göstərilir.

Chosen
16
operativmm.az

1Sources