EN

Gerasimov Ukrayna savaşı haqda Putinə yalan danışır... - "Reuters"

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Rusiya prezidentinə cəbhədəki real vəziyyətlə bağlı təhrif olunmuş məlumatlar verir. Rusiya tərəfi qoşunların uğurlu irəliləyişlərini iddia etsə də, Ukrayna mənbələri lokal müdafiə uğurlarını vurğulayır. Hər iki tərəf fəal şəkildə yeni toqquşmalara hazırlaşır. 

 Hurriyyet.az xəbər verir ki, "Korrespondent" nəşri bu barədə cümə axşamı, sentyabrın 18-də "Reuters" agentliyinə istinadal məlumat yayıb. 

Nəşr qeyd edir ki, Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, Gerasimov rus qoşunlarının mövqelərinə baş çəkib və bütün istiqamətlərdə, xüsusən də "Krasnoarmeysk" (Pokrovsk) yaxınlığında irimiqyaslı irəliləyişlər əldə etdiyini iddia edir.

Bundan əlavə, o, Zaporojye, Dnepropetrovsk, Kupyansk və Yampol zonalarında döyüşlər apardığını bildirir, infrastrukturun dağıdılmasını qeyd edir. 

Bu arada Ukrayna vəziyyəti fərqli səciyyələndirir. Prezident Vladimir Zelenski "Sky News"-a müsahibəsində Rusiyanın cəbhədəki uğurlarının məhdud olduğunu bəyan edərək, son hücum əməliyyatlarının uğursuzluğunu vurğulayıb.

 Pokrovsk yaxınlığındakı Ukrayna qoşunları Rusiyanın hücumunu uğurla dəf edib, Kupyansk yaxınlığında isə düşmən itkiləri, o cümlədən əsir götürülənlər qeydə alınıb. "DeepState" kimi hərbi bloqlar da Ukraynanın müdafiəsində lokal uğurları qeyd edirlər.

Ziddiyyətli məlumatlara baxmayaraq, döyüşlərin ümumi mənzərəsi gərgin olaraq qalır və daim yeni hücum planları elan edilir. Vəziyyət yaxından monitorinq və əlavə qiymətləndirmə tələb edir.

 Xatırladılır ki, sosial şəbəkələrdə guya işğalçıların “Kupyanskın mərkəzinə çatdığı və orada döyüşlərin davam etdiyi” barədə saxtakarlıq yayılsa da, bu məlumat yalandır. Bu barədə Dnepr Ukrayna Qoşunlarının Operativ Birləşməsinin sözçüsü polkovnik-leytenant Aleksey Belski danışıb.

Bununla belə, "OSINT- DeepState" icmasının dərc etdiyi son məlumatlar göstərir ki, rus bölmələri Xarkov və Zaporojye bölgələrində Kindraşovka, Stepov Novosyolka və Novoivanovkada irəliləyib.

Chosen
9
2
hurriyyet.az

3Sources