EN

Rusiya Konstantinovkaya zərbə endirib, beş nəfər həlak olub

Rusiya Silahlı Qüvvələrinin Donetsk vilayətindəki Konstantinovka şəhərinə endirdiyi zərbə nəticəsində 5 nəfər həlak olub.

“İki sahil” xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Donetsk vilayət prokurorluğuna istinadən məlumat yayıb.

"Beş nəfər ölümcül yaralanıb. Atəş zamanı üç kişi və iki qadın küçədə olub", - məlumatda bildirilib.

Qeyd edilib ki, zərbə zonasında dörd binanın fasadı zərər görüb.

Chosen
21
1
ikisahil.az

2Sources