EN

Yeni tikilən binalar üçün yeni TƏLƏB: Qiymətlər daha da artacaq, amma...

Ekspert deyir ki, enerji xərclərinin əhəmiyyətli dərəcədə azalmasına şərait yaranacaq

Yeni tikilən yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq.

 Musavat.com xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında müzakirə olunan "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, aşağıdakı bina və tikililər istisna olmaqla yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binalarının enerji effektivliyi üzrə pasportlaşdırılması məcburi olacaq:

"Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Qanuna uyğun olaraq dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilmiş binalar (tikililər);

yardımçı və müvəqqəti tikililər;

istixanalar və anbar binaları;

istehsalat binaları;

fərdi yaşayış evləri;

Şəhərsalma və Tikinti Məcəlləsinin 81.1-ci və 89.1-ci (89.1.4-cü maddə istisna olmaqla) maddələri ilə müəyyən edilmiş tikinti obyektləri. http://e-qanun.az/framework/46958 Pasportlaşdırma bu qanun qüvvəyə mindikdan sonra yeni tikilən, yenidən qurulan, əsaslı təmir olunan yaşayış və qeyri-yaşayış binaları üçün məcburi olacaq, istismarda olan binalara şamil olunmayacaq. Qeyd edək ki, qanunda binaların enerji effektivliyi üzrə pasportlaşdırılması qaydaları öz əksini tapıb. Həmin qaydalar Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək.

Bəs yeni binalar üçün enerji effektivliyi pasportunun məqsədi nədir? Bu sənədin vətəndaşa, tikinti şirkətinə və dövlətə nə kimi faydaları olacaq? Bu tələbin tətbiqi mənzil qiymətlərinə təsir edə bilərmi? Yeni pasportlaşdırma prosesi vətəndaş üçün əlavə xərclər yaradacaqmı? Ümumiyyətlə, tikinti şirkətləri bu tələblərə hazırdırlarmı?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
14
olaylar.az

10Sources