ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Azərbaycan əleyhinə təxribatçı düzəliş qəbul olunub. Bəs, bu, ABŞ-Azərbaycan münasibətlərinə hansı təsirləri göstərə bilər?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən politoloq Rizvan Hüseynov bildirib ki, bu addımın heç bir real təsiri yoxdur.
Ekspertin sözlərinə görə, Konqresdə daim ermənipərəst qüvvələr olub, lakin hazırda onların gücü xeyli zəifləyib:
“Onların qəbul etdiyi qərarların mahiyyəti yoxdur. Bu sənəd tövsiyə xarakteri daşıyır və ABŞ-Azərbaycan münasibətlərinə heç bir mənfi təsir göstərə bilməz”.
Ekspert həmçinin əlavə edib ki, 2026-cı ildə Konqresdə demokratların çoxluq qazanması halında bu kimi sənədlərdən müəyyən təzyiq vasitəsi kimi istifadə oluna bilər:
“Amma bu da nəticə etibarilə ABŞ maraqlarına ziyan gətirəcək”.
Müşviq Tofiqoğlu
KONKRET.az