EN

Fransada həyat dayandı – 800 min insan küçələrə çıxdı, qarşıdurmalar… kütləvi həbslər aparılır…


Fransada hökumətin büdcə qənaət tədbirlərinə qarşı təşkil olunan genişmiqyaslı tətil və etiraz aksiyaları bürüyüb.

Məlumata görə, nəqliyyat, səhiyyə və təhsil kimi sektorlarda çalışan işçilər aparıcı həmkarlar ittifaqlarının çağırışları ilə hökumətin qənaət siyasətinə qarşı tətilə çıxıb və Fransa boyu 800 min insan küçələrə çıxıb. Bəzi şəhərlərdə polislərlə nümayişçilər arasında qarşıdurmalar yaşanır.

Keçən həftə yıxılan hökumətin daxili işlər naziri Bruno Retaillo Parisdə mətbuat konfransı keçirərək bildirib ki, bu günə qədər ölkə daxilində 230 etiraz aksiyası keçirilib.

Retaillo, ölkə üzrə ümumilikdə 58 nəfərin saxlanıldığını, onlardan 11-nin paytaxt Parisdə olduğunu açıqlayıb.

Şəhərdə etirazçılar İsrail üçün pulemyot sursatları istehsal etməkdə ittiham etdikləri Eurolinks fabrikinin girişini zibil qutuları, təkərlər və taxtalarla bağlayıblar.

Sərbəst Fransa (LFI) Partiyasının qurucu lideri Jean-Luc Melençon etirazlarla əlaqədar X sosial media platformasında bəyanat yayaraq, nazir Retallonun qəsdən ölkədə zorakılıqları tətiklədiyini iddia edib. O, bildirib ki, belə zorakılıqlar nazirə lazımdır.

Melençon Retallonu təxribatda, fransızları bir-birinə qarşı qoymaqda və irqçi cinayətlər törədildikdə susmaqda ittiham edib.

TAHİR

Chosen
27
baki-xeber.com

1Sources