EN

Yuxudan oyanan kimi qəhvə içənlərin nəzərinə! - Həkim xəbərdarlıq etdi

"Səhər qəhvəsindən əvvəl mütləq 1 stəkan su için"

Milli.Az xəbər verir ki, bunu endokrinoloq Fransisko Rosero tövsiyyə edib. Onun sözlərinə görə səhərlər ilk növbədə su balansını bərpa etmək vacibdir. 

""Biz bir neçə saat su içmədən yatmışıq, buna görə də bədənimiz səhər oyandıqda susuz qalır. Səhər kofe içməzdən əvvəl bədən üçün vacib vərdiş yaratmaq lazımdır ki, içilən içki sağlamlığa mənfi təsir göstərməsin" - deyə Rosero izah edib.

Həkim bildirib ki, su həm də həzm sistemini, beyni və bütün orqanizmi aktivləşdirir. Bu vərdiş sayəsində səhər yeməyindən sonra rast gəlinən qıcqırma, qarnın şişməsi və yanma kimi problemlərin qarşısını almaq olar.

İsmayıl
Milli.Az

Chosen
7
1
milli.az

2Sources