EN

İş saatınız yalnız bu halda azaldıla bilər SİYAHI KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Əmək Məcəlləsinin 94-cü maddəsinə görə, işəgötürən yalnız qanunla müəyyən olunan hallarda işçinin iş vaxtını birtərəfli qaydada azalda bilər”.

Bu fikirləri hüquqşünas Tağı Hüseynov KONKRET.az-a açıqlamasında səsləndirib. Bu müddəa müəyyən kateqoriyalara şamil edilir və məcburi xarakter daşıyır.

16 yaşınadək işçilər üçün həftəlik iş vaxtı 24 saatdan çox ola bilməz.

16–18 yaş arası işçilər üçün həftəlik iş vaxtı maksimum 36 saatdır.

Sağlamlıq imkanları məhdud şəxslər üçün həkim rəyinə əsasən iş vaxtı qısaldılır və həftəlik 36 saatdan artıq ola bilməz.

Zərərli, ağır və yeraltı işlərdə çalışan işçilərin iş vaxtı da normativlərə uyğun olaraq azaldılır.

Hüquqşünasın sözlərinə görə, Əmək Məcəlləsinin 125-ci maddəsinə əsasən hamilə qadınların, 3 yaşınadək uşağı olan anaların, həmçinin uşağını təkbaşına böyüdən valideynlərin xahişi ilə onlara qısaldılmış iş vaxtı tətbiq edilməlidir. Bu, könüllü seçim deyil, məcburi qanuni tələbdir.

“Əmək Məcəlləsinin 95-ci maddəsinə görə, əlilliyi olan şəxslərin iş vaxtı mütləq azaldılır. Onların iş qrafiki həftəlik 36 saatdan çox ola bilməz. Həmçinin bu şəxslərin gecə növbəsinə, ezamiyyətə və əlavə işlərə cəlb olunması yalnız yazılı razılıqları ilə mümkündür”.

Tağı Hüseynov qeyd edib ki, qanunla müəyyən olunmuş qruplar üçün iş vaxtının azaldılması işəgötürən üçün mütləqdir. Digər hallarda isə iş saatının azaldılması yalnız tərəflərin razılığı əsasında mümkündür.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
17
1
konkret.az

2Sources