EN

“Labubu” tarixə qovuşur: Oyuncağa tələbatın olmamasının İLGİNC SƏBƏBLƏRİ

Avqust ayında satışa çıxarılan yeni mini Labubu xətti qısa müddətdə tükənsə də, təkrar bazarda zəif tələbat müşahidə olunur. Bu isə analitiklər və investorlar arasında narahatlıq yaradıb.

Maraqlıdır, Labubu kimi trend oyuncaqların bazarda ömrü adətən nə qədər olur?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Labubu, honkonqlu dizayner Kasinq Lunq tərəfindən yaradılmış, “Pop Mart” şirkəti tərəfindən satılan kolleksiya oyuncağıdır. Ümumilikdə trend oyuncaqların bazarda ömrü dalğavari xarakter daşıyır:

Belarus

“Belə məhsulların sürətlə məşhurlaşması əsasən emosional impuls və “koleksiya dəliliyi” ilə bağlı olur. Yeni seriyanın çıxması, məhdud buraxılış və sosial şəbəkələrdə viral effekt tələbi artırır. Lakin qısa müddətdə doymuşluq yaranır.

Ekspertin sözlərinə görə, yalnız davamlı olaraq yaradıcılıqla yenilənən, məşhur brendlərlə (Disney, Marvel, moda evləri) əməkdaşlıq edən markalar uzunömürlü ola bilir:

“Funko Pop və Bearbrick kimi brendlər buna misaldır. Onlar vaxtilə “boom” yaşasalar da, indi kult statusu sayəsində bazarda mövcuddurlar. LEGO da bu sıraya daxildir”.

Nəsirli qeyd edib ki, avqust buraxılışının sürətlə satılmasına baxmayaraq, təkrar bazarda zəif tələbin görünməsi artıq “hype effekti”nin azaldığını göstərir:

“Əgər Pop Mart yeni kolaborasiyalar yaratmasa, Labubu 1–2 ildən sonra trend statusunu itirəcək. Fidget spinner kimi tamamilə yox olmayacaq, lakin daha çox niş kolleksiyaçılar üçün maraqlı qalacaq. Yəni fenomenin tez sıradan çıxması ehtimalı yüksəkdir, tamamilə yox olması isə brendin strategiyasından asılıdır”.

Aynurə İsmayıl

KONKRET.az

Chosen
24
1
konkret.az

2Sources