EN

Parisdə polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edi

Polis Parisin mərkəzində etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib və güc tətbiq edib.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Etirazçılar mağaza və bankların şüşələrini sındırır, zibil qutularını yandırır, polisə fişəng və butulkalar atırlar. Buna cavab olaraq polis etirazçıları geri itələyir.

Təkcə Parisdəki etirazlara 100 minə qədər insanın qatılacağı proqnozlaşdırılır.

Fransanın bir çox bölgələrində edilən tətillər nəticəsində nəqliyyat sektorunda fasilələr müşahidə edilir.

Chosen
9
1
ikisahil.az

2Sources