EN

Estoniya hökuməti Rusiyadan təbii qazın alınmasını və idxalını qadağan edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Estoniya hökuməti Rusiyadan təbii qazın alınmasına və idxalına tam qadağa qoyulması barədə qərar qəbul edib.
Oxu.Az xəbər verir ki, bu barədə İnterfax.ru məlumat yayıb.
Qadağa 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək və bazar iştirakçılarına dəyişikliklərlə tanış olmaq və əməliyyatlarını yenidən qurmaq üçün lazımi vaxt veriləcək.
Estoniyanın xarici işlər naziri Marqus Tsahknanın sözlərinə görə, Belarusun Rusiyanın hərəkətlərinə verdiyi dəstəyi nəzərə alaraq, oxşar qadağalar onlara da şamil ediləcək.
Xatırladaq ki, Estoniya 2022-ci ilin aprelində Rusiya qazının idxalından imtina etmək qərarına gəlib. Bildirilib ki, idxalın həcmi böyük olmadığından qadağanın tətbiqi Estoniya iqtisadiyyatına və ya biznes mühitinə ciddi təsir etməyəcək.
Chosen
22
oxu.az

1Sources