ain.az, Avtosfer portalına istinadən məlumat yayır.
Ötmə qaydasını kobud şəkildə pozan sürücünün hərəkətləri kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə sentyabrın 6-da, Lerik rayonu ərazisində qeydə alınıb. Belə ki, 10-RB-720 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü əks istiqamətə çıxaraq ötmə edib. O, ötmə əməliyyatını yolun sərt döngə olan hissəsində həyata keçirib. Daha sonra isə qarşısını görmədiyi halda əks zolaqla hərəkətinə davam edib.
Qeyd edək ki, qarşıda xidmət aparan yol polisi əməkdaşı həmin sürücünü dayandıraraq törətdiyi əmələ görə məsuliyyətə cəlb edib.
Fərid
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.