Estoniya hökuməti gələn il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına və idxalına qadağa qoyub.
“Ölkə.az” xəbər verir ki, bunun Estoniyanın xarici işlər naziri Marqus Çaxna açıqlayıb.
“Hazırda LNG-nin paylayıcı şəbəkədə istifadə edilməməsi şərti ilə Rusiyadan alınması və idxalına icazə var. Dəyişiklik qüvvəyə mindikdən sonra idxal qadağası paylayıcı şəbəkədən kənarda istifadə olunan LNG-yə də şamil olunacaq”, - nazir qeyd edib.
O vurğulayıb ki, hökumət bu dəyişikliyi təsdiqləyib. Nazirin sözlərinə görə, maraqlı tərəflərin dəyişikliklərlə tanış olmaq və fəaliyyətlərini yenidən formalaşdırmaq üçün kifayət qədər vaxtı var.