Estoniya hökuməti 2026-cı il yanvarın 1-dən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) alınmasına və idxalına qadağa qoyub.
KONKRET.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın xarici işlər naziri Marqus Çaxna TASS agentliyinə bildirib.
“Hazırda LNG-nin paylayıcı şəbəkədə istifadə edilməməsi şərti ilə Rusiyadan alınması və idxalına icazə verilir. Dəyişiklik qüvvəyə mindikdən sonra idxal qadağası paylayıcı şəbəkədən kənardan idxal olunan LNG-yə də şamil olunacaq”, – nazir qeyd edib.
O vurğulayıb ki, hökumət bu dəyişikliyi təsdiqləyib. Çaxnanın sözlərinə görə, iştirakçıların dəyişikliklərlə tanış olmaq və fəaliyyətlərini yenidən təşkil etmək üçün kifayət qədər vaxtı var.