EN

İrəvan-Ankara münasibətləri irəliləyir: Bu dəfə…

Ermənistan parlamentinin üzvü Armen Gevorqyan Türkiyəyə işgüzar səfərə gedəcək.

KONKRET.az xəbər verir ki, bu barədə “Globalinfo” məlumat yayıb.

Məlumata görə, “Ermənistan” blokundan olan millət vəkili və Ermənistan Milli Assambleyasının AŞPA-dakı nümayəndə heyətinin üzvü Armen Gevorqyan oktyabrın 8-dən 11-dək Türkiyənin Qaziantep şəhərində səfərdə olacaq.

Gevorqyan AŞPA-nın Sağlam Ətraf Mühit Naminə Parlamentarilər Şəbəkəsinin növbəti iclasında və Avropa Şurası Parlament Assambleyasının Sosial Məsələlər, Sağlamlıq və Davamlı İnkişaf Komitəsinin Avropa Mükafatı üzrə Alt Komitəsinin işində iştirak etmək üçün Qaziantepə gedəcək.

 

Chosen
37
1
konkret.az

2Sources