15 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
“Qafqazinfo” xəbər verir ki, U-15 Bakıda hazırlıq keçən Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti dəfə qarşılaşıb.
Binə stadionunda təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 5-ci dəqiqədə Həsən Mürşüdzadə, 51-ci dəqiqədə Xəzər Hüseynzadə və 81-ci dəqiqədə Murad Məmmədov vurublar.
Qeyd edək ki, komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyunu 0:0 hesablı heç-heçə nəticələnib.
10Sources
-
news24.azMillimiz qalib gəldi ( 21493678)
-
tribunainfo.azMillimiz qalib gəldi ( 21496015)
-
bizim.mediaMillimiz Montoneqroya qalib gəldi ( 21495895)
-
demokrat.azMillimiz qalib gəldi ( 21494782)
-
redaktor.azMillimiz qalibiyyət QAZANDI ( 21494467)
-
redaktor.azMillimiz qalibiyyətQAZANDI ( 21494449)
-
Ajans.azMillimiz ikinci yoxlama oyununda QALİB GƏLDİ ( 21494191)
-
yeniavaz.comMillimiz qalib gəldi ( 21493876)
-
cebheinfo.azAzərbaycanın U-15 millisi Monteneqroya qalib gəlib ( 21493810)
-
apasport.azAqil Nəbiyevin yetirmələri Monteneqroya qalib gəlib ( 21493696)