“Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) “Rəsul Həmzətov” sərhəd gözətçi gəmisi sentyabrın 23-də Bakı limanına səfər edəcək. Gəmi sentyabrın 25-nə qədər Bakı limanında olacaq”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.
Bildirilib ki, səfər ikitərəfli əməkdaşlığa dair təsdiqlənmiş planlar çərçivəsində həyata keçiriləcək.
Bizim.Media