AZ

Tramp Azərbaycan və Ermənistan liderləri ilə danışıqlardan bəhs edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ lideri Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı danışıqlar barədə bəhs edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında danışıb.
"Onlar (Azərbaycan və Ermənistan liderləri - red.) Oval kabinetdə söhbətə başlayarkən mövqeləri bir-birləindən çox uzaq idi. Biz bir saat birgə olduğumuz müddətdə onların getdikcə yaxınlaşdı və söhbətin sonunda biz bir-birimizi bağrımıza basdıq", - deyə Tramp qeyd edib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Bundan başqa, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişi paraflayıblar.
Seçilən
5
7
oxu.az

10Mənbələr