ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.
Kişi keçmiş arvadının avtomobilini yandırıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.
Belə ki, keçmiş həyat yoldaşına əsəbiləşən sərxoş ər qisas almaq qərarına gəlib və qadına məxsus “Kia Sportage” markalı avtomobilə od vurub.
Ətrafdakı insanlar avtomobilin yandığını görərək müdaxilə etməyə çalışıblar, lakin yanğın törədən şəxs bunu qəsdən etdiyini və alovun söndürülməsinə heç kimə icazə verməyəcəyini deyib.
Ardınca hadisə yerinə yanğınsöndürənlər gəliblər və yanğın tez bir zamanda söndürülüb. Polis yanğın törədən şəxsi saxlayıb.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.