EN

Ramil Şeydayev yenidən “Qarabağ”da - Rəsmi

Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev bundan sonra yenidən “Qarabağ”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Klubla 29 yaşlı hücumçu arasında 1 illik müqavilə imzalanıb. Şeydayev “Qarabağ”da 77 nömrəli forma ilə çıxış edəcək.

Xatırladaq ki, Ramil Şeydayev 2017-2018 və 2021-2023-cü illərdə də “Qarabağ”da forma geyinib. O, bu komanda ilə 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb. Şeydayev 2022/2023-cü illər mövsümündə 22 qolla Premyer Liqanın bombardiri adına sahib olub.

Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vurmuş forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.

“Qarabağ” bu yay Şeydayevdən öncə daha altı futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Xoni Montiel və Kamilo Duranı da heyətinə qatmışdı.

error: Məzmun qorunur!
Chosen
43
30
arena.az

10Sources