EN

Fransada etiraz aksiyalarında 300-dən çox insan saxlanılıb - Yenilənib

Fransada hökumətin sosial xərclərin azaldılması planlarına qarşı keçirilən etiraz aksiyalarında 300-dən çox insan saxlanılıb...

"Report" xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Bryuno Retayo BFMTV telekanalına açıqlamasında bildirib.

"309 nəfər saxlanılıb, onlardan 134-ü həbs edilib", – nazir qeyd edib.

Onun sözlərinə görə, etiraz aksiyalarında 7 300 adam iştirak edib.

Bundan əvvəl Daxili İşlər Nazirliyi mitinqlərdə 500 mindən çox insanın iştirak etdiyini açıqlamışdı. Fransa Həmkarlar Konfederasiyasının hesablamalarına görə isə küçələrə 1 milyondan çox insan çıxıb.

Paris və digər şəhərlərdə – o cümlədən Nant, Renn, Lion və Marseldə aksiyalar iğtişaşlara çevrilib. Radikallar mağazaları və bank filiallarını dağıdıb. Polis etirazçıları saxlayıb və gözyaşardıcı qazdan istifadə edib.

Asayişin qorunması üçün Daxili İşlər Nazirliyi 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika cəlb edib.

***

Fransada 181 etirazçı həbs edilib, Parisdə həbs olunanların sayı isə 31-ə çatıb.

"Report" Fransa KİV-ə istinadən xəbər verir ki, bu rəqəmləri Fransa Daxili İşlər Nazirliyi və Paris Polis Prefekturası verib.

Bundan başqa, 11 nəfər yaralanıb.

Eyni zamanda, Parisdə yüzə yaxın etirazçının İqtisadiyyat və Maliyyə Nazirliyinin binasına daxil olduğu da bildirilir.

Ümumilikdə, 55 mini paytaxtda daxil olmaqla, Fransada etiraz aksiyalarında 500 mindən çox insan iştirak edir.

***

Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı saxlanılanların sayı 140 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" nəşri məlumat yayıb.

Məlumata görə, Paris istisna olmaqla, ölkə üzrə etirazlarda təxminən 264 min nəfər iştirak edib. Ümumilikdə 427 aksiya keçirilib.
Etirazlar, əsasən, Fransa hökumətinin təklif etdiyi sərt iqtisadi tədbirlərə qarşı yönəlib. Cümə axşamı səhər saatlarında təxminən 10 min nəfər müxtəlif şəhərlərdə küçələrə çıxaraq bu tədbirlərə etiraz edib.
Hadisələr zamanı polis və etirazçılar arasında gərgin anlar yaşanıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində onlarla etirazçı saxlanılıb.
Fransada sosial narazılıqların fonunda etirazların davam edəcəyi gözlənilir.

Poliqon.info

Chosen
16
1
poliqon.info

10Sources