AZ

Fransada 180-dən çox etirazçı həbs edilib - Yenilənib

Fransada 181 etirazçı həbs edilib, Parisdə həbs olunanların sayı isə 31-ə çatıb...

"Report" Fransa KİV-ə istinadən xəbər verir ki, bu rəqəmləri Fransa Daxili İşlər Nazirliyi və Paris Polis Prefekturası verib.

Bundan başqa, 11 nəfər yaralanıb.

Eyni zamanda, Parisdə yüzə yaxın etirazçının İqtisadiyyat və Maliyyə Nazirliyinin binasına daxil olduğu da bildirilir.

Ümumilikdə, 55 mini paytaxtda daxil olmaqla, Fransada etiraz aksiyalarında 500 mindən çox insan iştirak edir.

***

Fransada keçirilən kütləvi etiraz aksiyaları zamanı saxlanılanların sayı 140 nəfərə çatıb.

APA xəbər verir ki, bu barədə Fransanın "Le Figaro" nəşri məlumat yayıb.

Məlumata görə, Paris istisna olmaqla, ölkə üzrə etirazlarda təxminən 264 min nəfər iştirak edib. Ümumilikdə 427 aksiya keçirilib.
Etirazlar, əsasən, Fransa hökumətinin təklif etdiyi sərt iqtisadi tədbirlərə qarşı yönəlib. Cümə axşamı səhər saatlarında təxminən 10 min nəfər müxtəlif şəhərlərdə küçələrə çıxaraq bu tədbirlərə etiraz edib.
Hadisələr zamanı polis və etirazçılar arasında gərgin anlar yaşanıb. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində onlarla etirazçı saxlanılıb.
Fransada sosial narazılıqların fonunda etirazların davam edəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
12
1
poliqon.info

10Mənbələr