EN

ÇL: “Qalatasaray” böyük hesabla uduzdu, MS qalib gəldi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2025/2026-cı illər mövsümünün əsas mərhələsinin 1-ci turuna yekun vurulub.

Arena.az xəbər verir ki, ilk turun sonuncu oyun günündə də 6 qarşılaşma baş tutub.

Azərbaycan çempionu “Qarabağ”ın ÇL-in Liqa mərhələsindəki rəqiblərindən “Napoli” səfərdə İngiltərə nəhəngi “Mançester Siti”nin qonağı olub və 2 cavabsız qolla uduzub.

Danimarka təmsilçisi “Kopenhagen” isə evdə Almaniyanın “Bayer” komandası ilə üz-üzə gəlib. Dörd qolluq bu görüşdə qalib müəyyənləşməyib.

Almaniyanın digər təmsilçisi “Ayntraxt” da Türkiyə çempionu “Qalatasaray”ı qəbul edib. Frankfurt təmsilçisi İstanbul klubuna böyük hesabla qalib gəlib.

“Monako” da səfərdə “Brügge”yə böyük hesabla uduzub.

Xatırladaq ki, “Qarabağ” ÇL-in Liqa mərhələsinin ilk turunda səfərdə Portuqaliyanın “Benfika” komandasına 3:2 hesabıyla qalib gəlib.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi, 1-ci tur
18 sentyabr

“Brügge” (Belçika) – “Monako” (Fransa) 4:1
Qollar: Tresoldi, 32. Onyedika, 39. Vanaken, 42. Diakon, 75 – Fati, 90+1.

“Kopenhagen” (Danimarka) – “Bayer” (Almaniya) 2:2
Qollar: Larsson, 9. Robert, 87 – Qrimaldo, 82. Hatsidiakos, 90+1-öz qapısına.

“Mançester Siti” (İngiltərə) – “Napoli” (İtaliya) 2:0
Qollar: Haland, 56. Doku, 65.

“Ayntraxt” (Almaniya) – “Qalatasaray” (Türkiyə) 5:1
Qollar: D.Sançes, 37-öz qapısına. C.Y.Uzun, 45+2. Burkardt, 45+5; 66. Knauff, 75 – Y.Akgün, 8.

“Sportinq” (Portuqaliya) – “Kayrat” (Qazaxıstan) 4:1
Qollar: Trinkan, 44; 65. Alisson Santos, 67. Kenda, 68 – Edmilson Santos, 86.

“Nyukasl” (İngiltərə) – “Barselona” (İspaniya) 1:2
Qollar: Qordon, 90 – Raşford, 58; 67.

error: Məzmun qorunur!
Chosen
48
49
arena.az

10Sources